Interposta.Info

Tanınmış iş adamının ölkədən çıxışına qadağa qoyuldu (SƏBƏB)

Ölkə
 21-12-2022, 11:30     1 051

Azərbaycanda mağazaçılıq sahəsində 1997-ci ildən etibarən fəaliyyət göstərən "Mz Group Azərbaycan” MMC firmasının sahibinin ölkədən çıxışı müvəqqəti məhdudlaşdırılıb.

Bu barədə Bakı Komersiya Məhkəməsi qərar verib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, MMC-nin Dövlət Sosial Müdafiə Fonduna 8285,02 manat, İşsizlikdən Sığorta Fonduna 221,04 manat, İcbari Tibbi Sığorta Fonduna 883,83 manat, dövlət büdcəsinə 7351,42 manat məbləğində (o cümlədən, vergilər üzrə 6893,35 manat, faizlər üzrə 458,07 manat) olmaqla, ümumilikdə 16741,31 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə bildirişlər göndərilsə də, lakin ödəniş edilməyib.

Bakı Komersiya Məhkəməsinin qərarı ilə "Mz Group Azərbaycan” MMC-nin qanuni təmsilçisi Bədəlov Sənan Fərman oğlunun ölkədən çıxışı müvəqqəti məhdudlaşdırılıb.

Qeyd edək ki, hazırda 17780 manat vergi borcu olan şirkətinin "UsPolo ASSN”, "Cacharel”, "Hummel”, "Monica Ricci”, "Bytshoes”, "New Balance” kimi dünya geyim markalarını birləşdirərək Azərbaycanda satışı ilə məşğuldur.

Eyni zamanda "BYT shoes” markasının və mağazalar şəbəkəsinin sahibidir./qaynarinfo.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26