Interposta.Info

Zəlzələ Türkiyə iqtisadiyyatına necə təsir edəcək?

 

İqtisadiyyat
 9-02-2023, 19:52     233

"Zəlzələnin Türkiyə iqtisadiyyatına da neqativ təsir göstərəcəyi gözlənilir”.

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov baş vermiş zəlzələnin Türkiyə iqtisadiyyatına təsirindən danışarkən deyib.

Deputat bildirib ki, ilkin qiymətləndirmələrə görə, zəlzəninin iqtisadi nəticələrini aradan qaldırmaq üçün milyardlarla dollar vəsait lazım olacaq:

"Bu da Türkiyədə iqtisadi artım tempini 2 faiz bənd azalda bilər. 13.4 milyon vətəndaşın yaşadığı bölgədə minlərlə binalar, o cümlədən evlər, sosial obyektlər hospitallar və digər infrastrukturun yenidən bərpası ciddi maliyyə resursları tələb edir. Ötən il Türkiyə lirəsi dollar qarşısında 30 faizə yaxın dəyər itirdi və istehlak bazarında qiymətlər 85 faiz yüksəldi. Bununla yanaşı, qardaş dövlət 2023-ci ilə kifayət qədər nikbin gözlənitlər ilə başlamışdı. Bu ilin ilk ayında lirənin kursu optimal intervalda dəyişdi və iqtisadi artım daha canlandı. Bu isə illik kifayət qədər pozitiv proqnozlar verməyə imkan yaradırdı”.

Deputat qeyd edib ki, Türkiyənin zəlzələnin iqtisadi nəticələrini aradaq qaldırmaq üçün xarici borclanmaya da gedə biləcəyi də gözləniləndir.

"Hazırda xarici borcun ÜDM-ə nisbəti 34.0 faizdir. Beynəxalq ekspertlər isə bu rəqəmin ilin sonunda 43.0 faizədək yüksələcəyi gözləyir. Bütün bunlar ilə yanaşı, qardaş Türkiyə belə ağır günləri arxada qoymaq, həmin ərazilərin yenidən qurub və bərpa etmək gücünə malikdir.

Hər zaman yanındayıq, qardaş Türkiyə.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26