Interposta.Info

"Taliban"ın qayıdışının Azərbaycan iqtisadiyyatına mümkün təsirləri... - Deputat

İqtisadiyyat
 16-08-2021, 18:21     14 850

"Əfqanıstandakı son dəyişikliyin Azərbaycan iqtisadiyyatına hər hansı xüsusi təsirləri olmayacaq”.

"interPosta" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, Azərbaycan Əfqanıstana strateji enerji məhsulları ixracatı həyata keçirir:

"Əfqansıtanla Azərbaycan arasında ticarət dövriyyəsi ötən il 37.7 milyon dollar olub. Bu əvvəlki illə müqayisədə 2 dəfəndən çox azalma deməkdir. İki ölkə arasında illik ticarət dövriyyəsi 2014-cü ildə ən yüksək məbləğdə - 275 milyon dollardan çox olub. Son ilin statistikası göstərir ki, iki ölkə ticarət dövriyyəsi sadəcə Azərbaycandan Əfqanistana ixrac üzərində formalaşıb. Bununla yanaşı, Əfqanıstanın da uzaq olmadığı Mərkəzi Asiya regionu yeni mərhələyə daxil olur. Bir sıra qərb ölkələrinin seyrici olduğu bu xəmir hələ çox su aparacaq”.

Vüqar Bayramov bildirib ki, radikal "Taliban" qruplaşmasının yenidən hakimiyyəti ələ keçirməsindən sonra Əfqanıstanda iqtisadi tənəzzülün dərinləşəcəyi gözlənilir:

"İnsanların bir qisminin ölkəni tərk etmək üçün beynəlxalq hava limanına üz tutduğu Əfqanıstan iqtisadiyyatı son silahlı çevrilişədək inkişaf dövrünü yaşayırdı. 20 il öncə "Taliban" silahlı qruplaşmasından xilas olan zaman Əfqanıstanın Ümumi Daxili Məhsulu (ÜDM) 4 milyard dollar idisə, ötən müddətdə bu rəqəm 19 milyard dolları keçə bildi. Doğrudur, Dünya Bankının qiymətləndirmələrinə görə, 40 milyon nəfərə yaxın əhalisi olan Əfqanıstanda əhalinin 54 faizi yoxsulluq səviyyəsində yaşayır və 42 faizi işsizdir. Bununla belə, Əfqanıstanda dövlət borcu ÜDM-in 7 faizinədək azaldıla bilmişdi. Sözügedən dövrdə Əfqanıstan hakimiyyəti 7.8 milyard dollarlıq xarici valyuta ehtiyatları formalaşdırmağı bacardı. Bu müddətdə Əfqanıstan beynəlxalq qurumlarla yenidən əlaqələri inkişaf etdirə bildi. Həmçinin 2016-cı ildə Ümumdünya Ticarət Təşkilatına üzv oldu. İlkin proqnozlar, son hakimiyyət dəyişikliklərindən sonra Əfqanıstanda həm iqtisadi tənəzzülün dərinləşəcəyi və beynəlxalq maliyyə institutları ilə münasibətlərin yumşaq olmayacağı gözlənilir”.\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26