Interposta.Info

Dövlət nəzarətinin gücləndirilməsi içki və siqaretin bahalaşmasına səbəb olacaq?

İqtisadiyyat
 8-02-2023, 17:00     233

"Burada əsas məqsəd qiymət artımı deyil, bu sahədə daha şəffaf və qayda-qanun yaratmaqdır. Həmçinin, yerli istehsalçılara kömək etməkdir”.

"İnterPosta"nın məlumatına görə, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov Prezident İlham Əliyev Azərbaycanda tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarəti gücləndiriləcəyinə dair imzaladığı sərəncamı şərh edərkən deyib.

Əkrəm Həsənov bildirib ki, sərəncamda göstərildiyi kimi, bu sahədə idxala və istehsala icazə sistemi olacaq:


"Bu da o deməkdir ki, lisenziyalar və icazələr haqqında qanuna dəyişikliklər ediləcək. Sistemin qurulması bir neçə ay çəkəcək”.

Əkrəm Həsənov yeni qurulacaq sistemin müəyyən mənada qiymət artımına səbəb ola biləcəyini vurğulayıb:

"Çünki xaricdən gətirilən məhsullar daha da bahalaşacaq, yerli istehsal isə əksinə ucuzlaşa da bilər. Hər bir halda hesab etmirəm ki, bu, böyük bir problemdir. Çünki hər ikisinin cana və cibə ziyanı var. Bu gün Azərbaycan xalqını daha çox narahat edən ərzaq problemləri və onların bahalaşmasıdır”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26