Interposta.Info

Əkrəm Həsənov: "Bank Standard"ın bəzi borclularına güzəşt edilir"

İqtisadiyyat
 29-01-2018, 19:31     10 792

"Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümovun qardaşı, iş adamı Şahin Mövsümov bəyan etmişdi ki, “Bank Standard”dan krediti girov qoymaqla götürüb, amma belə deyil".

“Report” xəbər verir ki, bunu Bankın Kreditorlar Komitəsinin bu gün keçirilən növbəti iclasında qurumun sədri, hüquqşünas Əkrəm Həsənov deyib.

“Bank Standard”la bağlı qiymətləndirmə aparan KPMG audit şirkəti bəyan edib ki, Ş.Mövsümovun Bankda girovu yoxdur və onun aldığı milyonlarla manat borcun geri qaytarılması mümkün deyil”, - deyə o, qeyd edib.

Ə.Həsənov həmçinin əlavə edib ki, “Bank Standard”ın ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) Bankın bəzi borclularına güzəşt edir: “Bu, qanunsuz addımdır, həmin pullar kreditorlarındır və heç kimə güzəşt edilməməlidir".

Bundan başqa, hüquqşünas kreditorları “Bank Standard”ın əmlaklarının satışı ilə bağlı keçirilən hərraclarda aktiv iştirak etməyə çağırıb: “Həmin hərraclarda iştirak edin, görün o əmlaklar kimlərə və neçəyə satılır”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26