Interposta.Info

"Bank Standard"da problemlər nədən qaynaqlanır?

İqtisadiyyat
 23-11-2017, 15:49     7 482

Azərbaycan Mərkəzi Bankı ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin sədri Əkrəm Həsənovun 2013-2016-cı illərdə Bankda audit aparılmaması barədə ittihamlarına münasibət bildirib.

interposta.info xəbər verir ki, qurumun sədr müavini Alim Quliyev Report-a açıqlamasında “Bank Standard”ın nəzarətdən kənarda qalmasını sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması ilə izah edib: “Prezidentin sərəncamı ilə 2014-cü ildən yoxlamalar dayandırılmışdı. Ona görə də audit olmayıb”.

“Bank Standard”dan kreditlərin 41%-nin 0%-lə verilməsinə gəlincə isə A.Quliyev bu fikrə münasibət bildirməkdən imtina edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26