Interposta.Info

Sərnişinlərin NƏZƏRİNƏ: Bu gündən ictimai nəqliyyatda gediş haqları yeni tarifə keçdi - FOTO

İqtisadiyyat / Manşet
 3-02-2023, 08:39     372

Bu gündən etibarən ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər qüvvəyə minir.

"İnterPosta" xəbər verir ki, yeni tariflərə görə bu gündən etibarən metro və şəhər daxili avtobus nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 40 qəpikdir.


Bakı-Sumqayıt avtobus marşrutunda sərnişindaşıma xidməti üzrə tarif Bakı şəhərindən Sumqayıt şəhərinə qədər olan məsafəni əhatə edir və Sumqayıt şəhərinin daxili marşrutları üzrə hərəkət davam etdikdə, həmin tarifə müntəzəm şəhərdaxili avtobus marşrutları üçün təsdiq olunan tarif əlavə edilir.

Müntəzəm şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tarifin yuxarı həddi bir kilometr üçün 3 qəpik təsdiq edilib.

Qeyd edək ki, qüvvəyə minən qərar Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il tarixində keçirilən iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılıb və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26