Interposta.Info

Bakıda bu şirkət işçilərinin maaşını vermir (VİDEO)

İqtisadiyyat
 31-01-2023, 09:34     260

Səbail rayonu, Badamdar qəsəbəsində fəaliyyət göstərən ''Art People'' adlı şirkətin reklam ustaları aylardır əməkhaqqılarını ala bilmədiklərini iddia edirlər.

Onlar xüsusilə taksi fəaliyyəti göstərən avtomobillərə vinil yapışdırılması xidmətini göstərən ustalardır. Şikayətçilər problemlə bağlı aidiyyəti qurumları məlumatlandırdıqlarını da bildirirlər.

Problemlə bağlı "Art People"dən bildirilib ki, hazırda şirkətin maddi problemləri var və əməkhaqqılarının gecikməsi də məhz buna görə olub. Ümumilikdə şirkətin cəmi 2-3 işçisinin əməkhaqqıları gecikdirilib. Əməkhaqqıları gecikən şəxslərin ödənişlərini şirkət fevral ayının 10-a qədər tam bağlayacaq.

Şirkətdən o da bildirilib ki, bəzi əməkdaşlar onlardan əlavə məbləğlər tələb edirlər. Şirkət həmin şəxslərə müraciətlərini Dövlət Əmək Müfəttişliyinə etməyi tövsiyə edib.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26