Interposta.Info

Hibrid avtomobillərin idxal və satışı ilə bağlı daha bir qərar

İqtisadiyyat
 16-09-2022, 15:01     293

Azərbaycanda istehsal tarixi üç ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı üzrə ƏDV-dən azad olmanın əlavə bir il (2025-ci ilin sonuna qədər) artırılması nəzərdə tutulur.

Bu, 2023-cü ildə dövlət büdcəsi gəlirləri üzrə siyasətin əsas istiqamətlərindən biridir.

Xatırladaq ki, sözügedən hibrid avtomobillərin Azərbaycana idxalı və satışı - bu il yanvarın 1-dən üç il müddətinə (2024-cü ilin sonuna qədər) vergidən azad edilib./oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26