Interposta.Info

Azərbaycanda bu məhsullar da bahalaşdı (VİDEO)

İqtisadiyyat
 7-09-2022, 12:09     320

Son vaxtlar süd və süd məhsullarının qiymətində bahalaşma müşahidə edilir.

"İnterPosta" Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət sənaye üsulu ilə hazırlanan ağartı məhsullarının qiymətlərindən gedir.

Alıcılar bildirirlər ki, sözügedən məhsulların qiyməti xeyli dəyişib.

Qiymətlərdə artım olduğunu satıcılar da təsdiqləyir. Lakin onların sözlərinə görə, qiymət artımı firmalarla əlaqəlidir.

Məsələ ilə əlaqədar bir neçə istehsalçı şirkət ilə əlaqə saxladıq. Bildirildi ki, qiymət artımının bir neçə səbəbi var. Bildirilir ki, xüsusən də pandemiyadan sonra xammalın qiyməti artıb.

Həmçinin ölkə daxilində istehsal olunan xammalın qablaşdırılması üçün lazım olan əlavələr xaricdən baha alınır ki, bu da qiymət artımına təsir edən amillərdəndir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26