Interposta.Info

Səhiyyə Nazirliyinin aparatının işçilərinin sayı artırıldı

İqtisadiyyat
 13-05-2022, 16:10     296

Səhiyyə Nazirliyinin aparatının işçilərinin say həddi artırılıb.

"İnterPosta" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” fərmana dəyişiklik edib.

Sənədə əsasən, Səhiyyə Nazirliyinin aparatının işçilərinin say həddi 88 ştat vahiddən 130 ştat vahidə qədər artırılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26