Interposta.Info

Kənd Təsərrüfatı Nazirliyinin işçilərinin say həddi azaldıldı

İqtisadiyyat
 6-10-2021, 22:56     354

Prezident İlham Əliyev "Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi” və "Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” 14 iyul 2010-cu il 14 iyul tarixli sərəncamında dəyişiklik edilməsi barədə” 3 oktyabr 2014-cü il tarixli sərəncamında dəyişiklik edib.

"İnterPosta" xəbər verir ki, dövlət başçısı bu məqsədlə yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, nazirliyin işçilərinin say həddi 207-dən 202-yə endirilib, əvəzində nazirlik yanında Aqrar Kredit və İnkişaf Agentliyinin işçilərinin say həddi 49-dan 57-yə qaldırılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26