Interposta.Info

Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı vacib QƏRAR

İqtisadiyyat
 29-04-2022, 13:38     423


Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 7,75% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

“Report” xəbər verir ki, bu barədə qurumun sədri Taleh Kazımov onlayn rejimdə keçirdiyi mətbuat konfrasında məlumat verib.

Onun sözlərinə görə, faiz dəhlizinin aşağı həddi 6,25%, yuxarı həddi isə 9,25% saxlanılıb.

AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı iyunun 17-də ictimaiyyətə açıqlanacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26