Interposta.Info

Prezident Mərkəzi Banka sədr təyin etdi (SƏRƏNCAM)

İqtisadiyyat / Manşet
 13-04-2022, 14:56     411

Taleh Tahir oğlu Kazımov Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilib.

"İnterPosta" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Taleh Kazımov 11 sentyabr 1983-cü ildə Bakıda anadan olub. 2004-cü ildə Azərbaycan Texniki Universitetinin "Avtomatika və kompüter mühəndisliyi" fakültəsini bitirib.

2004-2006-cı illərdə isə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-ın "Georgia State University" universiteti ilə birgə proqramı çərçivəsində maliyyə ixtisası üzrə "Biznesin idarə edilməsi (MBA)" magistr dərəcəsinə yiyələnib.

O, 2012-ci ildə "London Biznes Məktəbi"nin (Böyük Britaniya) və 2014-cü ildə "Harvard Biznes Məktəbi"nin (ABŞ) yüksək ixtisas proqramlarını ("Senior Executive Programme") bitirib.

Taleh Kazımov "ATTAS PR", "European Tobacco" şirkətlərində ofis köməkçisi və İnformasiya texnologiyaları üzrə operator kimi işləyib.
2004-cü ildən isə maliyyə sektorunda peşəkar fəaliyyətə başlayıb. O, 2004-2006-cı illərdə "Bank Standard" QSC-də müxtəlif vəzifələrdə, 2006-2007-ci illərdə "Ernst & Young" şirkətində auditor, 2007-ci ildə bir neçə ay "Fineko Analitika və İnformasiya Agentliyi" ASC-nin Baş direktoru vəzifəsində çalışıb.

2007-ci ilin iyul ayından etibarən isə "PAŞA Bank"da fəaliyyətə başlayıb. Taleh Kazımov adıçəkilən bankda 2011-ci ilə qədər müxtəlif vəzifələrdə işləyib. 2011-ci ildə ildə isə "PAŞA Bank"ın İdarə Heyətinin üzvü seçilib.

2015-ci ildə isə "PAŞA Bank"ın İdarə Heyətinin sədri və Baş icraçı direktoru vəzifəsinə təyin olunub.

Ailəlidir, iki övladı var.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26