Interposta.Info

Mərkəzi Bankın İdarə Heyətinə yeni üzv təyin ediləcək

İqtisadiyyat / Manşet
 11-04-2022, 16:15     539


Taleh Kazımov Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin ediləcək.

"İnterPosta" xəbərinə görə, bununla bağlı məsələ parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.

Təqdimata müsbət rəy verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi məsələni Milli Məclisin plenar iclasında müzakirə üçün tövsiyə edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26