Interposta.Info

Azərbaycan Ukraynaya əkin üçün yanacaq verəcək – Zelenski

İqtisadiyyat / Dünya / Manşet
 28-03-2022, 22:41     389

Bu gün, martın 28-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Azərbaycan Prezidentin Mətbuat Xidməti məlumatına görə, telefon söhbəti zamanı Prezident Volodimir Zelenski Azərbaycan Prezidentini Ukraynadakı vəziyyət barədə məlumatlandırıb.

“Prezidentlər humanitar dəhlizlərin yaradılması və sülh danışıqlarının davam etdirilməsinin vacibliyini qeyd ediblər.Telefon danışığı əsnasında Prezident Volodimir Zelenski tibbi ləvazimatlar daxil olmaqla, Ukraynaya göstərilən humanitar yardıma görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib,” məlumatda qeyd edilir.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan daim humanitar məsələlərə böyük önəm verir və xüsusi diqqətlə yanaşır.

Xatırladaq ki, Azərbaycan Ukraynaya humanitar yardımların göndərilməsini davam etdirir. Humanitar yardımlar həm hökumət tərəfindən göndərilir, həm də ictimaiyyətin təşəbbüs ilə toplanır. Azərbaycan Ukraynada təcilli tibbi yardım və yanğınsöndürən avtomobilləri pulsuz yanacaqla təmin edir.

Zelenski isə özünün Twitter mikrobloqunda yazıb ki, Azərbaycan Ukraynanı əkin üçün yanacaqla təmin etməyə hazırdır və buna görə Ukrayna prezidenti Əliyevə təşəkkür edib.

"Mən Azərbaycan prezidenti ilə danışıqlar apardım. Rusiyanın mülki əhaliyə yeni zərbələri barədə məlumat verdim. Biz yaşıl dəhlizlərə təcili ehtiyacı müzakirə etdik. Humanitar yardıma və əkin kampaniyası üçün yanacaq verməyə hazır olduğuna görə təşəkkür etdim", - Zelenski Twitter-də yazıb.//Turan İA

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26