Interposta.Info

Dövlət Xidməti "Azərbaycan Dəmir Yolları” barədə iş qaldırdı

İqtisadiyyat
 10-03-2022, 15:25     270

İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dəmir yolu vasitəsilə xidmətlərin göstərilməsi sahəsində antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyəti üzrə araşdırmalar aparıb.

"İnterPosta"nın məlumatına görə, bu barədə Qaynarinfo.az-a qurumdan bildirilib.

Məlumata görə, araşdırmalar nəticəsində vaqonların (əsas vəsaitlərin) icarəyə verilməsi, dəmir yolu daşımaları, habelə tarif və güzəştlərin tətbiqi ilə bağlı rəqabətin pozulması əlamətləri üzrə antiinhisar qanunvericiliyinə əsasən "Azərbaycan Dəmir Yolları” QSC barədə iş qaldırılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26