Interposta.Info

Avropa enerji siyasətini kökündən dəyişə, Rusiya asılılığından qurtula bilərmi?

İqtisadiyyat
 1-03-2022, 14:30     268

"Rusiyanın Ukraynaya təcavüzü Avropanın şimal ölkəsindən enerji asılılığı siyasətini kökündən dəyişdirmək istiqamətштdə atdığı addımları daha da gücləndirəcək. Bu müharibənin nəticəsindən asılı olmayaraq, ABŞ və Avropanın Moskva ilə enerji sahəsindəki münasibətləri də ən azı 5 il müddətinə kəskin aşağı düşəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında neft-qaz məsələləri üzrə ekspert İlham Şaban Rusiyanın Ukraynaya təcavüzünün Avropanın enerji siyasətinin kökündən dəyişməsinə səbəb olub-olmayacağına aydınlıq gətirərkən deyib:

"Bu yöndə ilk presedentləri də görürük. Kanada Rusiyadan az həcmdə enerji alsa da, rus neftindən imtina etdiyini rəsmən açıqladı. Avropa şirkətləri BP, Shell və digərləri Rusiya bazarlarını tərk etdilər. Avropa Rusiyadan aldığı neft və qazın həcmini azaldacaq. Amma bu, uzun müddətli prosesdir”.

Ekspert qeyd edir ki, əslində Avropa 17 ildir Rusiya enerjisindən asılılığa son qoymaq istiqamətində fəaliyyət göstərir:

"Avropa enerji siyasətini kökündən dəyişməyə, Rusiya enerjisindən asılılığa son qoymağa 2005-ci ildən başlayıb. 17 il əvvəl Avropa Parlamentində qəbul edilən qanuna görə, quruma daxil olan ölkələr öz bazarında bir neçə məsələni həll etməli idi. Bunlar Asiyanın enerji vasitələrindən Avropa ölkələrinə qarşı siyasi alət kimi isifadə edilməsinin qarşısını almaq, Avropa bazarında enerji sahəsində rəqabətli mühit yaratmaq, şaxələndirmə siyasəti, Rusiya enerji daşıyıcılarından asılılığı azaltmaq və alternativ enerjinin inkişafı məsələləri idi. Ötən müddət ərzində hələlik Rusiyadan enerji asılılığının azalması baş verməyib. Digər məsələlərdə isə nəticə əldə olunub. Ona görə də Rusiyanın enerjidən siyasi təzyiq aləti kimi istifadə etmək imkanları qalsa da, artıq bu, minimuma endirilib. Həmçinin, Rusiyanın enerji ixracı zamanı Avropa ölkələrinə fərqli qiymətlər qoymaqla onları bir-birinə qarşı qoymaq siyasəti də aradan qaldırılıb. Bu fonda Avropa digər bazarlarla əlaqələrini də genişləndirir”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26