Interposta.Info

Ziya Məmmədovun şirkətinin dövlətə borcu var - 681 min manat...

İqtisadiyyat
 16-02-2022, 17:08     714

Ziya Məmmədovun şirkətinin dövlətə borcu var - 681 min manat...

Sabiq Nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu deyilən, "Hafka" ləqəbli iş adamı Hafiz Məmmədovun rəhbərlik etdiyi "Baghlan Group"a bağlı olan "Transqeyt" MMC-nin dövlət büdcəsinə yarım milyon manatdan çox vergi borcu yaranıb.

"interPosta"xəbər verir ki, qanuni təmsilçisi Bayramov Elsevər Məşkur oğlu olan MMC-nin bu günə olan vergi borcu 681 min 942 manat 35 qəpikdir.

Qeyd edək ki, bir vaxtlar Bakının 50 faizdən çox avtobus xətləri "Transqeyt” şirkətinin rəhbərliyi altında işlədilirdi. MMC-nin nizamnamə kapitalı 9 milyon 586 min 400 manatdır.

Bu arada "Transqeyt" MMC mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - mənəvi zərərin ödənilməsinə görə məhkəməyə verilib.



İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26