Interposta.Info

Nazirlik yarım 426 min vergi borcu olan şəxsə 1,2 milyon manatlıq tender verdi

İqtisadiyyat / Paradoks
 27-08-2021, 20:16     1 243

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Radio Televiziya Yayımı və Peyk Rabitəsi” Teleqüllə Kompleksinin və Fatmayı RTYS-nın ərazisində hasarlanma işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Vahid dövlət satınalmaları portalında yerləşdirilən məlumata görə, tenderin qalibi fiziki şəxs Qasımov Niftulla Hafiz oğludur. Qalibə 1 milyon 260,5 min manat ödəniləcək.

Qeyd edək ki, Qasımov Niftulla Hafiz oğlunun dövlət büdcəsinə 426,79 manat vergi borcu var./report.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26