Interposta.Info

Sahibkarlıq fəaliyyətinə verilən icazələrin artırılması barədə layihə qəbul edildi

İqtisadiyyat
 20-12-2021, 12:07     267

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

"İnterPosta"nın xəbərinə görə, dəyişikliklə sənaye məhəllələrinin və aqroparkların rezidentlərinə verilən qeydiyyat şəhadətnamələri sahibkarlıq fəaliyyətinə icazələrin siyahısına daxil edilir.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26