Interposta.Info

Milli Məclis büdcə layihəsini II oxunuşda qəbul etdi

İqtisadiyyat
 25-11-2019, 13:11     446

Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

İclasda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibklarlıq komitəsinin sədri Ziyad Səmədzadə layihə barədə danışıb.

Layihə səsə qoyularaq ikinci oxunuşda qəbul edilib (modern.az).

Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 134,5 milyon manat, xərcləri isə 26 milyard 913,7 milyon manat proqnozlaşdırılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26