Interposta.Info

Azərbaycanda bu şirkətlər ləğv olunur (SİYAHI)

İqtisadiyyat
 23-09-2021, 10:47     403


Azərbaycan Sənaye Korporasiyasına tabe olan ölkənin aparıcı dövlət şirkətləri ləğv olunur.

Ləğv olunan şirkətlərin siyahısını təqdim edirik:

"Azərtütün" MMC (VÖEN: 1305091901)

"Şəki Kərpic İstehsalı" MMC (VÖEN: 1305091881)

"Bakı Ayaqqabı" MMC (VÖEN: 1004879211)

"Azərşüşətara" MMC (VÖEN: 1101637151)

"Şəki İpək İstehsalı" MMC (VÖEN: 1305092411)

"Şəki Heyvandarlıq" MMC (VÖEN: 1305092131)

"Şəki Ət və Süd Məhsulları" MMC (VÖEN: 1305093051)

"Azərpambıq" MMC (VÖEN: 1305092261)

"Mingəçevir İzolit" MMC (VÖEN: 1305092001)

"Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti - "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanına əsasən 06 noyabr 2017-ci ildə yaradılıb.

"Azərbaycan Sənaye Korporasiyası” ASC-də 5 üzvdən ibarət Müşahidə Şurası yaradılıb.

Müşahidə Şurasının sədri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirovdur.

Müşahidə Şurasının üzvləri isə Kənd təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Xalid Əhədov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov və Mərkəzi Bankının sədri Elman Rüstəmovdur./yeniavaz

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26