Interposta.Info

İlham Əliyev 1 sərəncam, 1 fərman imzaladı

Siyasət
 20-04-2020, 15:32     401

Prezident İlham Əliyev Bakı şəhərində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

"İnterPosta" sərəncamın mətnini təqdim edir:

1. Bakı şəhərində Sabit Orucov, Nizami, Mehdi Hüseynzadə və 28 May küçələrinin bir hissəsinin genişləndirilməsi və sözügedən küçələrin Yusif Səfərov küçəsi ilə kəsişməsinin təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.66-cı bəndində göstərilmiş məbləğin 11,6 milyon (on bir milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2017-ci il 6 noyabr tarixli 1665 nömrəli Fərmanında və 2017-ci il 4 dekabr tarixli 1704 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 noyabr tarixli 1665 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2004) 3.1-ci bəndində “5” rəqəmi “6” rəqəmi ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 dekabr tarixli 1704 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12, maddə 2272; 2018, № 6, maddə 1201) ilə təsdiq edilmiş “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 5.2-ci bəndinin birinci cümləsində “5” rəqəmi “6” rəqəmi ilə və ikinci cümləsində “4” rəqəmi “5” rəqəmi ilə əvəz edilsin.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26