Interposta.Info

İtaliyaya nə qədər qaz ixrac edirik?

İqtisadiyyat
 21-09-2021, 18:35     355

2021-ci ilin yanvar-avqust aylarında Azərbaycan İtaliyaya 3,047 milyard kubmetr təbii qaz ixrac edib.

"İnterPosta" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında bildirilib.
Bu müddət ərzində Azərbaycan qazının İtaliyaya ixracının həcmi 836 milyon dolları ötüb.
Ümumilikdə, hesabat dövründə Azərbaycan 13,242 milyard kubmetr qaz ixrac edib ki, bu da 2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 47,21 faiz çoxdur. Bu müddət ərzində Azərbaycanın qaz ixracının həcmi 2,35 milyard dollardan (38 faiz artım) çox olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26