Interposta.Info

Azərbaycana iki ayda 100 milyon dollardan çox ixrac sifarişi daxil olub

İqtisadiyyat
 3-04-2020, 10:04     382

2020-ci ilin yanvar-fevral aylarında Azexport.az portalına 102,9 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

Bu barədə Trend-ə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.

2019-cu ilin fevral ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 60,8 milyon ABŞ dolları təşkil edib və ötən ilin müvafiq ayı ilə müqayisədə 12,8 faiz artıb.

Bu ilin fevral ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq, toyuq yumurtası, sarımsaq, kartof, tütün, toyuq əti, şərab, qənnadı məhsulu, çay, nar konsentratı və şərabı, mebel dəsti, tikinti materialı, fındıq ləpəsi, kosmetik vasitə, alma, soğan, boya, göbələk və s. mallara daxil olub.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2020-ci ilin 29 fevral tarixinə kimi (38 ay ərzində) Azexport.az portalına dünyanın 141 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 687,7 milyon ABŞ dolları təşkil edib.

Həmçinin bu ilin mart ayında "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 15,3 milyon ABŞ dolları olub. 2020-ci ilin yanvar-mart ayları ərzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 37 milyon ABŞ dollarından artıq dəyərində qeyri-neft ixracı həyata keçirilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26