Interposta.Info

Bu, neft-qaz ölkəsi olan bir ölkə üçün utanc deyildimi?..

İqtisadiyyat
 26-06-2021, 14:11     489

"AZAL-ın təyyarə biletlərinin qiymətlərinin endirilməsi ilə bağlı dövlət orqanları addımlar atmalıdır".

Bunu "İnterPosta"-ya Milli Məclisin deputatı Razi Nurulla həmkarı Qənirə Paşayevanın təyyarə biletlərinin baha olması ilə bağlı AZAL-a etdiyi çağırışa dəstəyini ifadə edib. Deputatın fikrincə, AZAL-ın bilet qiymətlərinin dünyada analoqu yoxdur:

"AZAL-ın qiymətləri bir dişləç kimi insanları dişləyir, ətini qopardır. Azərbaycan vətəndaşları pandemiyadan öncə də Bakıdan 450-500 km. Gürcüstana gedib oradan başqa ölkələrə uçurdular. Neft-qaz ölkəsi olan bir ölkə üçün utanc deyildimi? Gürcülər nə düşünürdü? Yağ-bal içində üzən, dünyaya meydan oxuyan Azərbaycan vətəndaşları basa-basa 500 km. gəlib Gürcüstandan başqa ölkələrə uçurlar. Çünki kasıbdırlar, AZAl-la uçmağa pulları çatmır. AZAL-ın qiymətinin dünyada analoqu yoxdur. Niyə belədir? Hərcənd ki, AZAL-ın bütün təyyarələrinin pulu da xalqın cibindən çıxan vergilər vasitəsi ilə ödənilir. Amma heç kimə haqq verilməyib ki, Azərbaycan xalqının vergisi ilə formalaşan dövlət büdcəsindən maliyyələşən təyyarələrdə 2-3 qatına pul verib uçsun. Niyə? Kimlərsə də yağ-bal içində yaşasın deyə? Bu, narahatedici məqamdır".

Razi Nurilla bildirib ki, bu gün Azərbaycanın Türkiyədə saysız-hesabsız təhsil alan tələbələri var:

"Onlar necə gedib gəlsin? Onun atası-anası borc-xərc edib, kredit götürüb təyyarə bileti almalıdır? AZAL deyir, mənim keyfiyyətli təyyarələrim, oturacaqlarım, xidmətim var. Mən razıyam bununla, amma heç kim demirdi ki, get ən bahalı təyyarə al, burada baha qiymətə xidmət göstər. Azərbaycanda insanların yaşayış səviyyəsi Amerika, Almaniya, Fransa kimi deyil, bu kasıb millətin üzərinə bir yüksək xidmət göstər, hələ üstəlik də de ki, borca gir, məndən bilet al. Bu nə məntiqdir? Ucuz təyyarə xidmətini Azərbaycana niyə buraxmırsan? Nədir ki, hamı məcbur olub onunla uçsun. Çox qeyri-standart bir vəziyyətdir. Azərbaycan xalqının bu qədər gəliri varmı? Yoxdur".

Deputat həmkarı Qənirə xanımla razı olduğunu qeyd edib:

"Bu məsələni daima gündəmdə saxlayacağıq. Ümid edirəm, bununla bağlı lazımi dövlət orqanları addım atacaqlar ki, insanların bu sahədə olan narahatlıqları aradan qaldırılsın".\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26