Interposta.Info

İqtisadçı alim lirənin ucuzlaşmasına aydınlıq gətirdi

İqtisadiyyat
 23-03-2021, 16:00     476

İqtisadçı alim Qubad İbadoğlu Türkiyə lirəsinin ucuzlaşmasının səbəblərinə aydınlıq gətirib.

"İnterPosta"xəbər verir ki, iqtisadçı Türkiyənin beynəlxalq valyuta ehtiyatlarının azalmasını iki səbəblə izah edib:


"Bir tərəfdən ölkədən rəsmi və qeyri-rəsmi olaraq valyuta axını sürətlənib, həm dövlətin, həm də özəl bölmənin xarici borcları və valyuta ilə öhdəlikləri artıb, digər tərəfdən də ötən ilin yekunları üzrə xaricdən valyuta daxilolmaları azaldığından tədiyə balansının cari hesabının kəsiri 36.7 mlrd. dollara çatıb. Lirə dəyər itirmək məcburiyyətində idi. Bu ərəfədə uçot dərəcələrinin qaldırılacağı və sabit (fixed) məzənnəyə keçidə dair yayılan şaiyələri lirənin ucuzlaşmasına psixoloji təsirlər göstərdiyindən maliyyə naziri bu məlumatı təkzib edəndən sonra lirənin məzənnəsi qismən sabitləşdi".

Qubad İbadoğlu bildirib ki, martın 22-də 15 faiz dəyər itirən lirə günün sonuna onun yarısını bərpa edib:

"Hazırda 1 dollar 7,8 lirə səviyyəsində tarazlaşıb".\aynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26