Interposta.Info

BVF: Azərbaycan iqtisadiyyatı bu il 2% artacaq

İqtisadiyyat
 6-03-2021, 08:39     401

Hazırda Azərbaycan iqtisadiyyatının builki artımını, oktyabrda proqnozlaşdırdığımız kimi, 2% səviyyəsində olacağını gözləyirik.

Bunu "APA-Economics"ə Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Natalya Tamirisa deyib.

O əlavə edib ki, Fond Azərbaycanda 2021-ci ildə inflyasiyanın 3,1% səviyyəsində olacağını proqnozlaşdırır.

Ölkə üzrə missiyanın rəhbəri onu da qeyd edib ki, cari il üzrə yenilənmiş proqnozlar aprel ayında BVF-nin "World Economic Outlook" adlı hesabatında açıqlanacaq.

Xatırladaq ki, "S&P Global Ratings" reytinq agentliyi bu il Azərbaycanda ÜDM-in 2,1%, Dünya Bankı – 1,9%, BMT – 2%, "Moody's Investors Service" isə 4% artacağını proqnozlaşdırır. 2020-ci ildə ölkədə ÜDM istehsalı 4,3% azalıb, inflyasiya isə 2,8% səviyyəsində olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26