Interposta.Info

Mərkəzi Bank uçot dərəcəsini

İqtisadiyyat
 6-06-2017, 12:36     606

Hollandiyanın ING bankı 2017-ci ildə Azərbaycanda ortaillik inflyasiyasının 13% səviyyəsində olacağını proqnozlaşdırır. "APA-Economics" "Interfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə bankın proqnozunda deyilir.

Bankirlər proqnozuna əsasən, 2018-ci ildə ortaillik inflyasiya 7,2%-dək geriləyəcək.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə əsasən, 2017-ci ilin yanvar-aprel aylarında ortaillik inflyasiya 13,5% təşkil edib.

Bankın analitikləri hesab edir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) bu il uçot dərəcəsini dəyişməz saxlayacaq. "Buna baxmayaraq, AMB 2018-ci ildə uçot dərəcəsi 15%-dən 12%-dək endirə bilər", - deyə bankirlər qeyd edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26