Interposta.Info

Ermənistanla sərhəd-keçid məntəqələri açılacaq - Gömrük sədri

İqtisadiyyat / Manşet
 4-03-2021, 14:35     447

Hazırda Naxçıvan, eyni zamanda Ermənistanla sərhəd-keçid məntəqələri istiqamətində layihələr hazırlanır. Bu koridor region üçün iqtisadi baxımdan ən əlverişli dəhlizlərdən biridir. Hazırda danışıqlar aparılır. Bu istiqamət müəyyən olunduqdan sonra yeni postlar açılacaq.

"İnterPosta" xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün keçirilən mətbuat konfransında deyib.

“Komissiyanın və hökumətin verdiyi qərarlardan sonra İranla da kömrük postunun açılması ehtimalı var. Bu, böyük ehtimalla, Xudafərin keçid qapısı ola bilər. Konkret zaman demək hazırda mümkün deyil”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26