Interposta.Info

Azərbaycanda daha bir yüksək təyinat (FOTO)

İqtisadiyyat
 8-02-2021, 10:06     562

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) yeni baş direktor təyin edilib.

Modern.az-ın əldə etdiyi məlumata görə, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin əmri ilə bu vəzifəyə Cabit Rəsulov təyin olunub. Nazirin digər əmri ilə Suat Paşayev "Aztelekom”un baş direktoru vəzifəsindən azad olunub.

Qeyd edək ki, Cabit Rəsulov 2011-2016-cı illərdə "Azevrotel" MMC-nin direktoru vəzifəsində çalışıb. O, 2016-cı ildə məşhur "Rabitə işi"ndə "Azevrotel" MMC-nin direktoru kimi cinayət işi üzrə şahid qismində ifadə verib. Cabit Rəsulov elə həmin il nazir Ramin Quluzadə tərəfindən "Azevrotel" MMC-nin direktoru vəzifəsindən azad olunub. Daha sonra 52 saylı ATS-in rəisi vəzifəsində işləyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26