Interposta.Info

Tarif Şurası suyun qiyməti ilə bağlı qərarını dəyişə bilərmi? (ŞƏRH)

İqtisadiyyat
 1-02-2021, 18:02     536

"Tarif Şurası öz qərarını dəyişə bilər”.

Bunu ''İnterPosta''-ya açıqlamasında hüquq müdafiəçisi Əkrəm Həsənov suyun qiymətinin artırılması ilə bağlı Tarif Şurasının qərarından danışarkən deyib. O bildirib ki, sözü gedən qərarı həm şura özü ləvğ edə bilər, həm də ölkə rəhbərliyi dəyişə bilər:

"Suyun qiymətinin artırılması ilə bağlı qərarı Tarif Şurası verib. Bunun üçün elə bir əsas lazım deyil, istəsələr ləvg edə bilərlər. Amma belə başa düşürəm ki, bu, qabaqcadan hazırlanmış və əsaslandırılmış bir qərardır. Biz bir müddət əvvəl benzinlə dizelin qiymətində də bu artımı müşahidə elədik. Bu baxımdan qərarın ləvğ olunması inandırıcı deyil”.

Əkrəm Həsənov bildirib ki, benzinlə dizelin qiyməti qalxanda Dövlət Neft Şirkəti qazın qiymətinin qaldırılması ilə bağlı sözügedən şuraya müraciət etmişdi:

"Amma Tarif Şurası o qərarı qəbul etmədi. Bu o demək deyil ki, kommunal xidmət göstərən dövlət müəssisəsi elə hər müraciət əsasında qiymətləri artırsın. Bu dəqiqə dövlət şirkətlərinin fəaliyyətlərinin optimallaşdırılması məsələsi gündəmdədir. Ona görə dövlət başçısı bu yaxınlarda Azərbaycan İnvestisiya Holdinqini təsis etdi ki, dövlət şirkətləri vahid şəkildə idarə olunsun. Oradakı prinsiplərdən biri də dövlət şirkətləri öz qazancları ilə fəaliyyətlərini təmin etsinlər və dövlətdən daim datasiyalar almasınlar. Söhbət bundan gedirsə, digər sahələrdə də artım ola bilər”./qaynarinfo


İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26