Interposta.Info

Azərbaycanda yeni assosiasiya yaradıldı

İqtisadiyyat
 25-12-2020, 15:25     395

Azərbaycanda “Azərbaycan Baramaçılar Assosiasiyası” İctimai Birliyinin təsis olunması barədə qərar qəbul olunub.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, İctimai Birliyinin təsis olunmasına həsr olunan onlayn toplantıda Birliyin Nizamnaməsi müzakirə olunub və səsvermə nəticəsində Abdul Orucov Assosiasiyanın sədri, Laləzar Heydərova və Tehmur Musayev sədr müavinləri seçiliblər. Bundan başqa, Assosiasiyanın 15 nəfərdən ibarət İdarə Heyəti formalaşdırılıb. Assosiasiyanın rəsmi qeydiyyatdan keçirilməsi üçün sənədlər hazırlanaraq Ədliyyə Nazirliyinə göndəriləcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26