Interposta.Info

Müsavat Qadınlar Birliyinin sədri dəyişib

Gündəm
 30-10-2017, 10:29     8 765

Müsavat Partiyası Qadınlar Birliyinin hesabat seçki yığıncağı keçirilib

interposta.info “Report” - a istinadən xəbərinə görə, iclasda təşkilati məsələlərə baxılıb və ictimai-siyasi vəziyyət müzakirə olunub.
Qadınlar Birliyi Şurasının ötən dövr ərzində fəaliyyəti haqqında təşkilatın sədri Nailə Yaqublu, Nəzarət Təftiş Komissiyasının (NTK) fəaliyyəti barədə isə Vəfa Cümşüdlü hesabat veriblər.
Sonra birliyin rəhbərliyinə seçkilər keçirilib. Gizli səsvermənin nəticələrinə görə Fəridə Ələsgərli Müsavat Partiyası Qadınlar Birliyinin sədri seçilib. Seçki vasitəsilə həmçinin birliyin Şurası və NTK-sı formalaşıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26