Interposta.Info

Milli Məclisdən təkzib: "Uşaq pulu" verilməyəcək?

İqtisadiyyat
 3-09-2020, 09:52     739

"Son günlər bəzi kütləvi informasiya vasitələrində Milli Məclisin İnsa hüquqları komitəsinin sədr müavini Tahir Kərimliyə istinadən parlamentin payız sessiyasında "uşaq pulu" məsələsinin müzakirəyə çıxarılacağına dair məlumatlar yayımlanıb".

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbər görə, məlumatda qeyd olunub ki, guya bir müddət öncə Milli Məclisin sədri Sahibə Qafarova "uşaq pulu"nun bərpasının müzakirəsi üçün parlamentdə meşçme qrupun yaradılması barədə göstəriş verib: "Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi olaraq bildiririk ki, ictimaiyyətə təqdim edilən bu məlumat həqiqətə uyğun deyil və heç bir əsası yoxdur".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26