Interposta.Info

Azərbaycan Türkiyəyə 1,4 milyardlıq məhsul göndərib

İqtisadiyyat
 28-07-2020, 21:31     717

Cari ilin yanvar-iyun aylarında Azərbaycanın ən çox məhsul ixrac etdiyi İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələri sırasında ilk üçlükdə Türkiyə, Tunis və Malayziya qərarlaşıb.

Bu barədə "İnterPosta" Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.

Bildirilib ki, Türkiyəyə ixracın dəyəri 1 milyard 476,9 milyon dollar, Tunisə 142,6 milyon dollar, Malayziyaya isə 60,4 milyon dollar olub. Ötən ilin müvafiq dövrünə nisbətən hər üç ölkəyə ixracın dəyərində artım müşahidə edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26