Interposta.Info

Koronavirus təhlükəsi Azərbaycanın neft gəlirlərini azalda bilər - PROQNOZ

İqtisadiyyat
 4-02-2020, 08:25     338

Koronavirus təhlükəsi Çinin energetika bazarında neftə olan tələbatı 3 milyon barel - 20% azaldıb. Analitiklər Brent markalı neftin 40 dollara qədər ucuzlaşa biləcəyini əlavə edib. Onlar yanvarın 20-dən neftin 13% ucuzlaşdığını, 2020-ci ilin ilk yarısında orta qiymətin 54-47 dollar arasında olacağını proqnozlaşdırıblar.

Maliyyə Nazirliyinin ötən ilin sonunda verdiyi hesabatda qeyd edilirdi ki, 2020-ci ildə dünyada neftin qiymətinin 40 dollar səviyyəsinədək azalması Azərbaycanın dövlət büdcəsinin gəlirlərinə az təsir edəcək, ortamüddətli perspektivdə bu qiymət zamanı təsir daha əhəmiyyətli ola bilər.

Blogum-Qaynar
İqtisadçı deputat Vahid Əhmədov Modern.az-a bildirib ki, neft qiymətlərindəki enmə qısamüddətli olacaq:
"Qiymətlərin aşağı enməsi dünyanı cənginə alan koronovirusla əlaqədardır. Gözlənilir ki, bu yaxınlarda koronovirusla bağlı məsələ səngiyəcək”.

V.Əhmədov qeyd edib ki, neftin qiymətinin 50-55 dollara enməsinin dövlət büdcəsinə müəyyən təsirləri ola bilər:
"Dövlət büdcəsində neftin 1 barrelini 60 dollardan götürülüb. Amma ümumilikdə, dövlət başçısının təsdiq etdiyi proqram və layihələrə heç bir təsiri olmayacaq. Çünki 52 milyard dollaradək ehtiyatımız var. Ehtiyac olarsa, dövlət başçısı həmin vəsaitin istifadəsilə bağlı qərar verə bilər. Ümumilikdə, narahatlıq üçün əsas yoxdur. Çünki neftin qiymətinin aşağı düşməsi bir müddət sonra səngiyəcək”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26