Interposta.Info

“Formula-1” Azərbaycana yarım milyard dollardan çox gəlir gətirib

İqtisadiyyat
 15-01-2020, 11:59     369

Bakıda keçirilən “Formula-1” yarışlarından Azərbaycanın əldə etdiyi gəlirin məbləği müəyyənləşib...


Bu rəqəm Bakı Şəhər Halqası Əməliyyat şirkətinin təşkil etdiyi tədbirdə açıqlanıb. PwC Azərbaycan beynəlxalq audit şirkətinin hesabatına əsasən? 2016-2019-cu illərdə keçirilən yarışlardan 506,3 milyon dollar gəlir əldə olunub.

Bu məbləğ yarışlar ərəfəsində “Formula-1” ilə əlaqədar Bakıya gələnlərin xərcləri əsasında yaranmış birbaşa və dolayı gəlirləri əhatə edir. Bu rəqəmə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən peşəkar xidmətlər, otel və mehmanxana, restoran, nəqliyyat, sosial və mədəni xidmətlər, kənd təsərrüfatı, poçt və telekommunikasiya, topdan ticarət və elektrik, qaz, su və digər sektorlarda qeydə alınmış gəlirlər daxildir.

Qeyd edək ki, yarışın növbəti Azərbaycan Qran-prisi bu il iyunun 5-7-də keçiriləcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26