Interposta.Info

Azərbaycanda bu məhsullar bahalaşdı

İqtisadiyyat
 20-12-2019, 09:18     553

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Trend-in məlumatına görə, dekabrın 19-da qızılın qiyməti dekabrın 18-i ilə müqayisədə 0,9095 manat artaraq 1 unsiya üçün 2512,2175 manat təşkil edib.

Gümüş 0,0325 manat bahalaşaraq 1 unsiya üçün 28,9757 manata bərabər olub.

Platinin qiyməti 10,7185 manat artaraq 1589,16 manat, palladiumun qiyməti 22,3125 manat azalaraq 3276,4525 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26