Interposta.Info

Azərbaycanda bu məhsullar ucuzlaşdı

İqtisadiyyat
 29-12-2020, 20:56     449

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Trend-in məlumatına görə, dekabrın 29-da qızılın qiyməti dekabrın 28-i ilə müqayisədə 26,622 manat (0,83 faiz) azalaraq 1 unsiya üçün 3 194,7165 manat təşkil edib.
Gümüş 0,5276 manat (1,17 faiz) ucuzlaşaraq 1 unsiya üçün 44,7112 manata bərabər olub.

Platinin qiyməti 3,2555 manat (0,18 faiz) artaraq 1 774,2135 manat, palladiumun qiyməti 0,6205 manat (0,02 faiz) azalaraq 4 015,4935 manat təşkil edib.

Bir ay ərzində bir unsiya qızıl 122,0685 manat (4 faiz) bahalaşıb, gümüş 5,2913 manat (13,4 faiz) bahalaşıb, platin 146,5995 manat (9 faiz) bahalaşıb, palladium 64,8465 manat (1,6 faiz) ucuzlaşıb.

Bir il ərzində isə bir unsiya qızıl 626,756 manat (24,4 faiz) bahalaşıb, gümüş 14,5064 manat (48 faiz) bahalaşıb, platin 166,039 manat (10,3 faiz) bahalaşıb, palladium 772,4885 manat (23,8 faiz) bahalaşıb.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26