Interposta.Info

2020-ci ildə "Kəlbəcər" adlı tanker istifadəyə veriləcək

İqtisadiyyat
 16-12-2019, 11:54     349

"Bakı Gəmiqayırma zavodunda növbəti tankerin tamamlanma işləri aparılır"

Bunu Xəzər Dəniz Gəmiçiliyinin QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev deyib.

Onun sözlərinə görə, gələn il “Kəlbəcər” adlı tankerin istifadəyə verilməsi gözlənilir:

“Sözügedən tanker “Kəlbəcər" adı altında təqdim olunacaq. Gəminin texniki imkanları ona icazə verir ki, maksimum yüklə Volqa-Don kanalı ilə dünya sularında, həm də Xəzər dənizində hərəkət etsin. Bu gün Xəzər Dəniz Gəmiçiliyinin dünya sularında Azərbaycan bayrağı altında üzən 14 gəmimiz var. Onlardan 12-si quru yük gəmisi, 2-si isə tankerdir”

M.Mehdiyev onu da əlavə edib ki, “Kəlbəcər” adlı tankerin hazırlanması ilə Azərbaycanın bütün işğal olunmuş rayonların tankerlərə verilən adları tamamlanır./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26