Interposta.Info

Azərbaycanlı iş adamının Böyük Britaniyadakı aktivləri dondurula bilər

İqtisadiyyat / Gündəm
 21-10-2019, 09:57     10 451

Azərbaycan əsilli rusiyalı iş adamı Fərhad Əhmədovun İngiltərədəki aktivlərinin bir hissəsi dondurula bilər.

"İnterPosta.info" "Report”a istinadən xəbər verir ki, bu barədə "The Daily Mail” məlumat yayıb.

Buna səbəb kimi milyarderin Böyük Britaniya vətəndaşı olduğu keçmiş həyat yoldaşı Tatyana Əhmədova üçün məhkəmə tərəfindən təyin edilən məbləği ödəməkdən imtina etməsi göstərilir.

Belə ki, 2016-cı ildə Böyük Britaniya məhkəməsinin qərarı ilə iş adamı keçmiş həyat yoldaşına sərvətinin 41,5 faizini - təxminən 450 milyon funt sterlinq verməli idi.

Lakin milyarderin keçmiş həyat yoldaşının hesabına yalnız 5 milyon funt sterlinq köçürülüb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26