Interposta.Info

Ölkədə bu məhsullar ucuzlaşdı

İqtisadiyyat
 2-07-2019, 08:54     10 307

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Trend-in məlumatına görə, iyulun 1-də qızılın qiyməti iyunun 28-i ilə müqayisədə 45,6195 manat azalaraq 1 unsiya üçün 2367,165 manat təşkil edib.

Gümüş 0,1236 manat ucuzlaşaraq 1 unsiya üçün 25,8907 manata bərabər olub.

Platinin qiyməti 34,306 manat artaraq 1420,928 manat, palladiumun qiyməti isə 40,8 manat azalaraq 2614,4045 manat təşkil edib.


Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26