Interposta.Info

İşığlı dəhlizə saçan günəşin 3 ili.

İqtisadiyyat
 22-02-2019, 08:12     10 414


Faktlar bu gün.
“AER” ticarət nişanı altında məhsulların istehsalı ilə məşğul olan Azərbaycanın “AER Company Group” şirkəti İraqa növbəti dondurma ixracını həyata keçirir.

Şirkətin rəhbəri Adil Şərifov bildirib ki, bu gün bir yük avtomobilində (TİR) təxminən 15 ton dondurma İraqa yola salınır.

İraqda mövsum açılıb, havaların qızması ilə əlaqədar olaraq dondurmaya tələb artıb.

İlkin olaraq İraqdan 50 TİR dondurma sifarişi alınıb: “2018-ci ildə “AER Company Group” şirkəti İraqa 17 TİR-da dəyəri 500 min dollar olan təxminən 350 ton dondurma ixrac edib. 2019-cu il üçün ilkin müqavilə 50 TİR-dır. Bu müqaviləyə əsasən təxminən 750 ton dondurmanın ixrac olunacağı gözlənilir”.
“AER Company Group” ötən illər Gürcüstana məhsullarını ixrac edib. 2019-cu ildə Qazaxıstana da ixracının başlayacağı gözlənilir.

Azərbaycan 2018-ci ildə Ukraynaya soğan tədarükü üzrə lider olub.
2018-ci ilin avqust ayından dekabr ayınadək Azərbaycan Ukraynaya 4,6 min ton soğan tədarük edib, mövsümün əvvəlindən Ukrayna 7,4 min ton soğan idxal edib. Beləliklə, bütün soğan idxalının 60,5%-i Azərbaycanın payına düşüb.

Qazaxıstan və Özbəkistandan da soğan tədarük edilib. Bu ölkələrdən Ukrayna bazarına təxminən 1000 ton soğan gətirilib. Bu o deməkdir ki, payızda ümumi idxalda Asiya ölkələrinin payı 75%-dən çox olub.

Bu il Azərbaycanın xurma satışında artım müşahidə edilib.

Bu barədə Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Qədir Yusifov məlumat verib.

Onun sözlərinə görə, ötən il 97 mln. dollarlıq Azərbaycan xurma satışı həyata keçirib: “Bu il isə 114 mln. dollarlıq xurma satılıb”.

Q.Yusifov bildirib ki, xurma əsasən Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Ərəb Əmirliklərinə ixrac olunur : “Hazırda ölkədə 4 min ton məhsul var. Həmin məhsul növbəti 15 gün ərzində ixrac olunacaq”.

Ümumilikdə 2018-ci ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 185 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 113 ölkəyə məhsul ixrac olunmuş, 178 ölkədən idxal olunmuşdur.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 31755,9 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 20290,9 milyon dollar, idxalın dəyəri 11465,0 milyon dollar təşkil etmiş, nəticədə 8825,9 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2017-ci illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 30,9 faiz, o cümlədən ixrac 31,1 faiz, idxal 30,5 faiz artmışdır. Real ifadədə isə dövriyyə 0,5 faiz, o cümlədən ixrac 0,6 faiz, idxal 0,2 faiz artmışdır.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 30,2 faizini İtaliyaya, 9,4 faizini Türkiyəyə, 6,7 faizini İsrailə, 4,8 faizini Çexiyaya, 4,2 faizini Hindistana, 4,0 faizini Almaniyaya, 3,7 faizini Tayvana (Çinin əyaləti), 3,4 faizini Rusiyaya, hər biri 3,1 faiz olmaqla Kanada və İndoneziyaya, 2,7 faizini Portuqaliyaya, 2,5 faizini Gürcüstana, 2,3 faizini Fransaya, 2,0 faizini İspaniyaya, qalan 17,9 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,4 faizi Rusiya, 13,8 faizi Türkiyə, 10,4 faizi Çin, 5,8 faizi Almaniya, 4,6 faizi ABŞ, 4,5 faizi İsveçrə, 4,1 faizi Ukrayna, 3,6 faizi İran, 3,3 faizi Yaponiya, 3,0 faizi İtaliya, 2,3 faizi Birləşmiş Krallıq, 28,2 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

2018-ci ildə ölkədən 1 milyard 689,2 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2017-ci ilə nisbətən faktiki qiymətlərlə 9,8 faiz, real ifadədə isə 1,0 faiz çoxdur.

2018-ci ildə 2017-ci illə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 22,4 faiz, təzə tərəvəz – 1,6 faiz, kartof – 15,6 faiz, bitki yağları – 14,2 faiz, meyvə və tərəvəz konservləri – 12,2 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 1,8 dəfə, marqarin, qida üçün yararlı digər qarışıqlar – 5,2 faiz, pambıq lifi – 2,4 dəfə, polietilen – 5,1 faiz, emal olunmamış alüminium – 9,4 faiz, pambıq ipliyi – 35,0 faiz artmış, şəkər ixracı isə 28,0 faiz, tütün – 9,0 faiz, meyvə və tərəvəz şirələri – 22,2 faiz, çay – 21,2 faiz, qara metallardan borular – 2,3 faiz, qara metallardan yarımfabrikatlar – 49,8 faiz, bentonit gili – 11,5 faiz azalmışdır.

2017-ci illə müqayisədə 2018-ci ildə siqaret idxalı 2,2 faiz, təzə meyvə – 42,2 faiz, quş əti və onun əlavə məhsulları – 32,0 faiz, qara metallardan borular – 1,6 dəfə, minik avtomobilləri – 2,3 dəfə, qara metallardan çubuqlar – 45,9 faiz, mineral gübrələr – 1,6 dəfə, mebellər – 24,0 faiz, hesablama maşınları, blok və qurğuları – 42,8 faiz, polietilen – 13,6 faiz, məişət kondisionerləri – 39,6 faiz, paltaryuyan maşınlar – 10,8 faiz, yük avtomobilləri – 1,9 dəfə, qara metallardan künclüklər – 7,0 faiz, avtobuslar – 1,6 dəfə, sement və sement klinkerləri – 36,2 faiz, məişət soyuducuları – 52,1 faiz artmış, buğda idxalı isə 15,2 faiz, bitki yağları – 0,8 faiz, xam şəkər və şəkər – 35,2 faiz, kərə yağı, digər süd yağları və pastaları – 12,3 faiz, çay – 4,6 faiz, kartof – 5,7 faiz, mal əti – 10,0 faiz, təzə tərəvəz – 41,3 faiz, polad prokatı – 11,4 faiz, rezin şinlər – 13,7 faiz azalmışdır.

Yuxardakı statistikalardan görmək mümkündür ki, Azərbaycan logistikası bu gün hansı səviyyədir. Bu günki alınan müsbət nəticələrin əsasında illərdi çəkilən gərgin əziyyət durmaqdadır.Gəlin Azərbaycan logistikasının görülən və görüləcək işlərinə nəzər salaq. Hələ 1998-ci ildə, 7-8 sentyabr tarixlərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Bakı şəhərində 9 ölkənin (Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, Moldova, Rumıniya, Türkiyə, Özbəkistan, Ukrayna) dövlət başçısı, 13 beynəlxalq təşkilat və 32 dövlətin nümayəndə heyətinin iştirak etdiyi Tarixi İpək yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilmiş, Avropa İttifaqının TRASECA proqramı əsasında “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli Saziş” imzalanmış və Bakı Bəyannaməsi qəbul edilmişdi.Saziş 12 dövlətin - Azərbaycan, Gürcüstan, Ermənistan, Bolqarıstan, Rumıniya, Moldova, Ukrayna, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkiyənin dövlət və hökumət başçıları tərəfindən imzalanmışdır. Bakı Bəyannaməsi Bakı-Tbilisi-Qars layihəsinin siyasi özəyini təşkil edirdi.

Azərbaycanın bəzi layihələrdə təşəbbüskarı, bəzilərində isə fəal iştirakçısı olduğu beynəlxalq nəqliyyat layihələri ölkəmizi nəinki yerləşdiyi bölgənin, hətta dünyanın əsas tranzit qovşaqlarından birinə çevirib.
Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-ci il tarixli Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsinə dair Fərman imzalanmışdır.
"Yeni İpək Yolu" layihəsi Azərbaycanı həm də tranzit ölkə kimi önə çıxarır. Bakı-Tbilisi-Qars dəmiryolunun işə düşməsi, Azərbaycan üçün yalnız Gürcüstan və Türkiyəyə daşınmaları asanlaşdırmayacaq, bu nəqliyyat dəhlizi eyni zamanda Avropaya uzanan daha bir nəqliyyat xəttidir.
Prezident İlham Əliyevin dünən Davos iqtisadi Forumu çərçivəsində qeyd edib ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzvü olan yeganə ölkədir: “Düşünürəm ki, biz coğrafi vəziyyətimizdən faydalanaraq əsasən infrastruktura, yəni, daxili infrastruktura və Azərbaycanın beynəlxalq hablardan birinə çevrilməsinə imkan verəcək infrastruktura sərmayə yatırmaqla doğru iş görmüşük.
Şimal-Cənub nəqliyyat dəhlizi isə Azərbaycandan keçməklə Rusiya və Avropa üçün Asiyaya, cənub ölkələrinə doğru uzanan strateji xətt kimi əhəmiyyət kəsb edəcək."Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi" 2020-2025-ci illər və 2025-ci ildən sonrakı dövr üçün qısa, orta və uzunmüddətli perspektiv istiqamətləri müəyyən edir.
Sənəddə logistika üzrə inkişaf perspektivini özündə əks etdirən strateji məqsəd və hədəflər ardıcıl və konkret ifadə olunur, prioritetlər də qeyd edilib. Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən yolların keyfiyyətinə gəlincə, Azərbaycan dünyada 34-cü yerdə qərarlaşıb. Dünya Bankının ən son “Doing Business” hesabatına əsasən Azərbaycan dünya üzrə 25-ci pillədədir və mövqeyimizi rekord göstərici olan 32 pillə yaxşılaşdırmışıq.
2018-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də dəyişikliklər ili oldu. Ermənistanda ictimai-siyasi sabitlik pozuldu, iqtisadi böhran bir qədər də dərinləşdi, Azərbaycan torpaqlarını işğalda saxlayaraq bütün regional layihələrədn kənarda qalan, ölkəni uçuruma yuvarlayan rejimə etiraz onun çökməsi ilə nəticələndi.
Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır, Azərbaycana Gürcüstan ərazisindən keçməklə Türkiyə ilə birbaşa dəmir yolu əlaqəsinə sahib olmağa imkan verir. Gələcəkdə Qarsdan Naxçıvana ayrıca dəmir yolu xəttinin çəkilməsinin nəzərdə tutulması isə muxtar respublikanın Ermənistanın blokadasından çıxarılmasına və onun nəqliyyat müstəqilliyinin təmin edilməsinə səbəb olacaq. Avropa ilə Asiyanı birləşdirən və dünyanın 100 böyük layihəsi siyahısına daxil olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi ölkəmizin iqtisadi qüdrətini artırmaqla yanaşı, Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı əlaqələrin strateji təzahürünü bütün dünyaya nümayiş etdirir.
Artıq ticarət prosesi elə bir səviyyəyə gəlmişdir ki, “Azexport” Azərbaycan mallarını “Amazon”a çıxarır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildiriblər ki, “Azexport” Azərbaycan məhsullarının dünyanın aparıcı elektron ticarət portallarında təqdim edilməsi istiqamətində fəaliyyətini davam etdirir. “Azexport”un “Amazon”la əməkdaşlığı çərçivəsində “Fulfillment by Amazon” (FBA) xidməti azərbaycanlı iş adamlarına da əlçatan olub. “Amazon” FBA xidməti sahibkarlarımıza məhsullarını ABŞ-da yerləşən 100-dən çox anbarda yerləşdirmə, saxlanma, qablaşdırma və çatdırılma xidməti təklif edir. “Azexport” portalı, həmçinin “Alibaba”, “e-Bay” və “Allbiz” kimi iri portallara da inteqrasiya olunub, Azərbaycan məhsullarını bütün dünyaya sərgiləyir.
Yaxın 1-2 il ərzində bu aqroparklarda istehsal olunacaq məhsul böyük bazarlara ixrac ediləcək, daxili ərzaq təhlükəsizliyi təmin ediləcəkdir”.
İxrac potensialının tam olaraq realizə edilməsi ölkə iqtisadiyyatını gücləndirə, bir sıra dividentlər qazandıra bilər. Yeni bazarlara çıxış və ixracın bir qədər gücləndiriməsi ilə:
Ölkə iqtisadiyyatı böyüyəcək, yeni iş yerləri açılacaq
Ölkəyə valyuta axını artacaq
Yeni tərəfdaşlarla əlaqələr yaranacaq və bu əlaqələr müxtəlif müstəvilərdə inkişaf edəcək
İqtisadi əlaqələr həm də möhkəm siyasi münasibətləri formalaşdıracaq
İxracın artmasının gətirdiyi dividentlər təşviqedici xarakter daşıyacaq, əvvələr idxal olunan məhsulların daxildə istehsal olunmasına maraq güclənəcək
Keyfiyyətli məhsullar həm də ölkəmizi təbliğ edəcək, Azərbaycanı daha geniş arealda tanıtdıracaq
Beləliklə, proses davam edir. Azərbaycan müxtəlif məhsullarla dünya bazarına çıxır, həm bu bazarların sayı – ölkəmizin ixrac həyata keçirdiyi ölkələrin sayı artır, həm də məhsulların çeşidi.
Sonda qeyd edim ki, siz oxucuların oxuma potensialını, zamanını nəzərə alaraq bu yazıda bütün faktlar qeyd edilməmişdir, Ardı mütləq olacaq. Azərbaycanımız İri addımla irəlliləməkdə davam edir.
Səbuhi İsazadə

İnterPosta.info
İşığlı dəhlizə saçan günəşin 3 ili.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26