Interposta.Info

Azərbaycan xam neft ixracını artırıb

İqtisadiyyat
 20-06-2018, 17:44     10 399

Bu ilin yanvar-may ayları ərzində Azərbaycan 11 779 766,88 min ton həcmində xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin (DGK) statistikasına istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulların dəyəri 5 921 818,60 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları Azərbaycanın ümumi ixracının 80,34%-ni tutub.

Bu ilin 5 ayında ixrac olunan xam neftin miqdarı illik müqayisədə 45,92%, dəyəri isə 83,33% artıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26