Interposta.Info

Neft Fondu qızıl almağa milyardlar xərcləyəcək

İqtisadiyyat
 4-02-2019, 14:17     10 339

Azərbaycanın Dövlət Neft Fondu (SOFAZ) 2019-cu ildə öz portfelində qızılın payını ikiqat artırmaq niyyətindədir.

Bu barədə "Bloomberg” agentliyinə müsahibəsində fondun icraçı direktoru Şahmar Mövsümov deyib.

İcraçı direktoru bildirib ki, SOFAZ 2019-cu ildə qızıl ehtiyatılarının həcmini 100 tona çatdırmağı hədəfləyib. Şahmar Mövsümovun sözlərinə görə, 2018-ci ilin sonuna neft fondunun investisiya portfelində qızılın payı 1 milyon 638 min 186,3 troya unsiyası təşkil edib, bu isə 2 milyard 93,09 milyon dəyərindədir.

Direktor əlavə edib ki, istiqrazlara, xüsusilə də səhmlərə böyük investisiyalar qoymağa risk etmir. Onun sözlərinə görə, SOFAZ uzunmüddətli investor qismində daha çox risk etmək istəyir: "SOFAZ London, Paris, Milan, Moskva, Seul və Tokioda daşınmaz əmlaklar əldə edib və indi Avropa, Asiya və Şimali Amerikada bazarlar axtarır”./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26