Interposta.Info

Neft Fondundan açıqlama:

İqtisadiyyat
 4-08-2017, 15:06     10 061

Azərbaycan Respublikası Dövlət Neft Fondu Azərbaycanın qızıl ehtiyatının satılması ilə bağlı xəbərlərə münasibət bildirib.

ARDNF-dan Musavat.com-a verilən məlumata görə, ARDNF-nin investisiya portfelinə daxil olan qızılın miqdarı hazırda 30 175 kq (970 146 troya unsiyası) təşkil edir və cari ildə qızılın miqdarında heç bir dəyişiklik baş verməyib:

“Bir daha qeyd edirik ki, ARNDF-nin investisiya portfelinə daxil olan qızılın Mərkəzi Bankdan ARDNF-nin inzibati binasında yerləşən xəzinəyə daşınması prosesi 2017-ci ildə tam başa çatdırılıb. ARDNF-nin investisiya portfelinə daxil olan qızıl yatırımları ilə bağlı məlumatlar ARDNF-nin rüblük və illik hesabatları vasitəsi ilə mütəmadi olaraq ictimaiyyətə çatdırılır”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26