Interposta.Info

Dollar bahalaşdı: rublun taleyi necə olacaq? - Proqnoz

İqtisadiyyat
 28-12-2018, 19:37     10 421

Son günlər müşahidə olunan dolların məzənnəsinin aşağı düşməsi müvəqqəti prosesdir.

Bu sözləri Axar.az-a açıqlamasında Rusiyanın milli valyutasının dollar və avro qarşısında mövqe itirməsinə münasibət bildirən iqtisadçı Fuad Əlizadə deyib.

“Bu dünya bazarlarında neft qiymətlərindəki silkələnmə ilə bağlıdır. Neftin qiyməti bir barrel üçün 60 dollardan aşağı düşdü və biz bundan sonra rublun məzənnəsində eniş müşahidə etməyə başladıq. Bu, təbii prosesdir”, - ekspert bildirib.

Əlizadənin proqnozlarına görə, rublun məzənnəsi 2019-cu ilin birinci yarısında tədricən möhkəmlənəcək.

“Rusiyanın milli valyutasının kursunun aşağı düşməsi təbii olaraq bazarlara təsir göstərir. Cüzi bahalaşma olacaqdır. Belə ki, Rusiya idxalın əvəzlənməsi ilə bağlı konkret addımlar atıb. İlk növbədə bu aqrar sektora aid olacaq. Qida məhsullarının qiymətlərində ruslar dəyişikliklər hiss edəcəklər. Daha əhəmiyyətli dəyişikliklər turizm, eləcə də geyim sahəsində müşahidə oluna bilər”, - ekspert bildirib.

Qeyd edək ki, bu gün dollar son aylar ilk dəfə olaraq 70 rubla qədər bahalaşıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26