İran 3 milyon barrel neftini birjada satacaq
İranın Neft Nazirliyi 3 milyon barrel xam nefti Tehran Enerji Birjasında satışa çıxarmağa hazırlaşır.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə İranın neft naziri Bijən Namidar Zəncənə deyib. Nazir bildirib ki, 3 milyon barrel neftin Tehran Enerji Birjasında satılması üçün müvafiq orqanlarından lazımi icazələr alınıb: “Neftin birjada satışı gələn həftə həyata keçiriləcək. Üç milyon barrel neftin birjada rial ilə satışına dair bütün icazələr alınıb. İstəyə uyğun olaraq birjada neft satışı digər valyutalarla da təşkil ediləcək”.
Xatırladaq ki, İranın Neft Nazirliyi tərəfindən ilk dəfə oktyabrın 28-də birjada satışa çıxarılan 1 milyon barrel neftin bir barreli üçün qiymət 79,15 dollar təyin olunmuşdu. Nazirlik ikinci dəfə noyabrın 11-də birjada satışa çıxardığı 700 min barrel neftin bir barrelini isə 64,97 dollara satmışdı. Bu iki satış 20 faiz rial və 80 faiz digər valyuta olmaqla ilə həyata keçirilmişdi.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26